"Kəpəz" - "Zirə" matçının stadionu müəyyənləşib

"Kəpəz" - "Zirə" matçının stadionu müəyyənləşib Avqustun 20-də keçiriləcək qarşılaşmanın başlama saatı hələlik bilinmir
Futbol
14 Avqust , 2017 17:02
Kəpəz - Zirə matçının stadionu müəyyənləşib

Bakı. 14 avqust. REPORT.AZ/ Gəncənin "Kəpəz" komandası Azərbaycan Premyer Liqasının II turunda "Zirə"ni qəbul edəcəyi stadionu müəyyənləşdirib. Bu barədə "Report"a "Kəpəz"in baş məşqçisi Şahin Diniyev məlumat verib. 

Onun sözlərinə görə, oyun Tovuz şəhər stadionunda təşkil olunacaq. Avqustun 20-də keçiriləcək qarşılaşmanın başlama saatı hələlik açıqlanmır. 

Qeyd edək ki, "Kəpəz" Gəncə şəhər stadionunun ot örtüyünün təmiri ilə əlaqədar ilk dövrədə rəqiblərini öz meydanında qəbul edə bilməyəcək.  

Son xəbərlər

Orphus sistemi