"Kəpəz" və "Səbail" ev oyunlarını başqa stadionlarda keçirəcək

"Kəpəz" və "Səbail" ev oyunlarını başqa stadionlarda keçirəcək Sözügedən klubların ev oyunlarını keçirdiyi stadionlar hazırda təmirdə olduğu üçün alternativ varinat seçiləcək
Futbol
11 Avqust , 2017 11:45
Kəpəz və Səbail ev oyunlarını başqa stadionlarda keçirəcək

Bakı. 11 avqust. REPORT.AZ/ "Kəpəz" və "Səbail" klubları futbol üzrə Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümündə ilk dövrədəki ev oyunlarını başqa stadionlarda keçirəcək.

"Report"un məlumatına görə, bunu Klublar Komitəsinin sədri Kamran Quliyev deyib. 

O bildirib ki, sözügedən klubların ev oyunlarını keçirdiyi stadionlar hazırda təmirdə olduğu üçün alternativ varinat seçiləcək: "Bu klublar rəqiblərini harada qəbul edəcəklərinə özləri qərar verəcəklər. Onlar ilk dövrədəki oyunlarının hamısını səfərdə keçirməyəcəklər. Yəni, təqvimə dəyişiklik edilməyəcək".

Məlumata görə, artıq "Səbail" klubu ev oyunlarını harada keçirəcəyi ilə bağlı seçimini edib. Debütant rəqiblərini Mərdəkanda yerləşən "Dalğa Arena"da qəbul edəcək.

Qeyd edək ki, "Səbail" ev oyunlarını "Bayıl Arena"da, "Kəpəz" isə Gəncə şəhər stadionunda keçirir. 

Son xəbərlər

Orphus sistemi