“Kəpəz” tarixində ilk dəfə Avrokuboklarda növbəti mərhələyə yüksəlib

“Kəpəz” tarixində ilk dəfə Avrokuboklarda növbəti mərhələyə yüksəlib Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə yekunlaşmışdı
Futbol
7 İyul , 2016 20:49
“Kəpəz” tarixində ilk dəfə Avrokuboklarda növbəti mərhələyə yüksəlib

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanın “Kəpəz” futbol klubu tarixində ilk dəfə Avrokuboklarda növbəti mərhələyə yüksəlib.

“Report” xəbər verir ki, Gəncə komandası Avropa Liqasının I təsnifat mərhələsində səfərdə Moldova "Daçiya"sını 1:0 hesabı ilə məğlub edərək bu nailiyyətə imza atıb. Kişinyovda keçirilən oyunda yeganə qolu 56-cı dəqiqədə “Kəpəz”in futbolçusu Dario vurub.

Qeyd edək ki, bir həftə əvvəl Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə yekunlaşmışdı.

Növbəti mərhələdə “Kəpəz”in rəqibi Avstriyanın “Admira” klubu olacaq.

Son xəbərlər

Orphus sistemi