"Kəpəz" Serbiya və Polşa komandaları ilə qarşılaşacaq

"Kəpəz" Serbiya və Polşa komandaları ilə qarşılaşacaq Gəncə təmsilçisinin Antalya toplanışındakı daha 2 rəqibi müəyyənləşib
Futbol
22 Dekabr , 2017 15:15
Kəpəz Serbiya və Polşa komandaları ilə qarşılaşacaq

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanın “Kəpəz” futbol komandasının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı yoxlama matçı keçirəcəyi daha iki rəqib müəyyənləşib.

Gəncə təmsilçisinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Yunis Hüseynovun rəhbərlik etdiyi kollektiv yanvarın 28-də Polşanın “Yagelloniya”, 3 gün sonra isə Serbiyanın “Spartak” komandası ilə qarşılaşacaq. Gəncə təmsilçisi ilk yoxlama oyununu isə yanvarın 22-də Rumıniyanın “Viitorul” komandasına qarşı keçirəcək. Daha bir görüş isə yanvarın 25-də nəzərdə tutulub. Amma hələ həmin gün üçün rəqib müəyyənləşməyib. 

Qeyd edək ki, “Kəpəz” 2018-ci il yanvarın 17-dən fevralın 2-dək Antalyada hazırlıq keçəcək. 

Son xəbərlər

Orphus sistemi