"Kəpəz" seneqallı futbolçu transfer edib

"Kəpəz" seneqallı futbolçu transfer edib Ba Aladji Mansurla mövsümün sonunadək Gəncə təmsilçisinin formasını geyinəcək
Futbol
27 Oktyabr , 2017 13:23
Kəpəz seneqallı futbolçu transfer edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” klubu heyətinə yeni futbolçu cəlb edib.

“Report” Gəncə təmilçisinin rəsmi saytına istinadən xəbər verir ki, seneqallı Ba Aladji Mansurla mövsümün sonunadək müqavilə bağlanılıb.

27 yaşlı mərkəz yarımmüdafiəçisi son olaraq Mərakeşin "Kenitra" klubunun formasını geyinib.

Qeyd edək ki, “Kəpəz” 9 turdan sonra 4 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi