Yuxarı

"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib

"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib

72

Buna səbəb Gəncə şəhər stadionunda təmir işlərinin hələ yekunlaşmamasıdır

Bakı. 26sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının VII turunda "Kəpəz" və "Qəbələ" komandaları arasında keçiriləcək oyunun yeri dəyişdirilib.

Bu barədə "Report"a "qırmızı-qaralar"ın meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Onun sözlərinə görə, görüş sentyabrın 29-da Qəbələ şəhər stadionunda təşkil olunacaq. Oyun saat 18:30-da başlanacaq.

Səfiyarlı dəyişikliyin "Kəpəz" rəhbərliyinin istəyi əsasında gerçəkləşdiyini bildirib. Səbəb kimi Gəncə şəhər stadionunun ot örtüyündəki təmir işlərinin hələ yekunlaşmaması göstərilib. "Qəbələ" tərəfi də bu xahişi qəbul edib. Əvəzində bu komandalar arasında noyabrın 25-də keçirilməli olan II dövrənin oyunu Gəncədə olacaq.

Qeyd edək ki, Peşəkar Futbol Liqası stadion dəyişikliyinə dair qərarı hələ açıqlamayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi