​"Kəpəz" Premyer Liqada ilk qələbəsini qazanıb

​"Kəpəz" Premyer Liqada ilk qələbəsini qazanıb Azərbaycan Premyer Liqasında IV tura start verilib
Futbol
12 Sentyabr , 2015 18:05
​Kəpəz Premyer Liqada ilk qələbəsini qazanıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib. "Report"un məlumatına görə, turun açılış oyununda "Kəpəz" və AZAL komandaları üz-üzə gəlib.

Qarşılaşma Gəncə şəhər stadionunda keçirilib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu oyunun 28-ci dəqiqəsində Dario Federiko vurub.

Qeyd edək ki, turun ilk oyun günündə "İnter" - "Qəbələ" və "Qarabağ" - "Xəzər Lənkəran" görüşləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi