"Kəpəz" - "Neftçi" oyunu zamanı meydana it girib

"Kəpəz" - "Neftçi" oyunu zamanı meydana it girib Bu, Gəncə şəhər stadionunda "Neftçi"nin hesabı açdığı vaxta təsadüf edib
Futbol
21 Oktyabr , 2017 16:12
Kəpəz - Neftçi oyunu zamanı meydana it girib

Gəncə. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" matçında gözlənilməz hadisə baş verib.

"Report"un Gəncədə qarşılaşmanı izləyən əməkdaşının verdiyi məlumata görə, 41-ci dəqiqədə meydana it girib.

Bu, "Neftçi"nin hesabı açdığı ana təsadüf edib. Ruslan Abışovun fərqlənməsindən sonra qonaq komandanın futbolçuları qol sevincini yaşadıqları vaxt it sürətlə onların yanından ötüb. İt meydanın "Neftçi"yə aid hissəsinə tərəf qaçaraq, bir müddət dolaşdıqdan sonra meydanı tərk edib.

Qeyd edək ki, ilk yarıdan sonra qonaqlar öndədir - 1:0.

Son xəbərlər

Orphus sistemi