"Kəpəz" komandası "Dalğa Arena"da Avstriyanın "Admira" klubunu qəbul edir

"Kəpəz" komandası "Dalğa Arena"da Avstriyanın "Admira" klubunu qəbul edir Gəncə təmsilçisi futbol üzrə Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsində cavab oyununa çıxıb
Futbol
20 İyul , 2016 20:14
Kəpəz komandası Dalğa Arenada Avstriyanın Admira klubunu qəbul edir

Bakı. 20 iyul. REPORT.AZ/ Gəncənin "Kəpəz" klubu futbol üzrə Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxıb.

"Report" xəbər verir ki, "Kəpəz" komandası "Dalğa Arena"da Avstriyanın "Admira" klubunu qəbul edir.

"Kəpəz"in start heyətində Tadas Simaytis, Kərim Diniyev, Vüqar Bəybalayev, Dario Junior, Şəhriyar Rəhimov, Nicat Qurbanov, Tural Axundov, Şəhriyar Əliyev, Renan Alveş. Serjinyu və Jülen Eba yer alıblar.

Avstriya təmsilçisinin ilk onbirliyində isə meydana Yorq Zibenhandl, Ştefan Tsvirşiç, Tomas Ebner, Markus Lakner, Maksimilian Saks, Kristof Knasmüllner, Daniel Tot, Dominik Starkl, Markus Paviç, Markus Vostri və Eldis Bayrami çıxıblar.

Görüşü rusiyalı baş hakim Vitali Meşkov idarə edir. Ona həmyerliləri Valeri Dançenko və Maksim Qavrilin kömək edirlər. Matçda dördüncü hakim funksiyasını Mixail Vilkov yerinə yetirir.

Qarşılaşmanın UEFA nümayəndəsi Sergey İlyiç (Belarus), hakim-inspektoru isə Murat İlqazdır (Türkiyə).

Komandalar arasında bir həftə əvvəl Avstriyada keçirilən oyunda "Kəpəz" komandası 0:1 hesabı ilə uduzmuşdu. "Kəpəz"-"Admira" cütünün qalibi növbəti mərhələdə Çexiyanın "Slovan" (Liberets) komandası ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi