Yuxarı

​"Kəpəz" klubunun cəriməsi ləğv olunub

Apellyasiya və Ekspert Komitəsi İntizam Komitəsinin qərarına baxıb

Bakı. 30 dekabr. REPORT.AZ/ AFFA-nın Apellyasiya və Ekspert Komitəsi Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilmiş "Kəpəz" - "Neftçi" oyunundan sonra baş verənlərlə bağlı İntizam Komitəsinin çıxardığı qərarı ləğv edib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Gəncə klubu İntizam Komitəsinin dekabrın 22-də çıxardığı qərarla bağlı apellyasiya şikayəti verib.

Oyunun gərgin mübarizə şəraitində keçdiyi və bu gərginlik oyun bitdikdən sonra hər iki klubun azarkeşlərinin davranışlarına sirayət etdiyi üçün azarkeşlər arasında qısamüddətli insidentin baş verdiyi, lakin polisin operativ müdaxiləsi nəticəsində baş vermiş hadisənin tez aradan qaldırıldığı və başa çatmış iki dövrənin yekununda "Kəpəz" klubunun ev oyunlarında oxşar hadisələrin yaşanmadığı, təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu nəzərə alınaraq, İntizam Komitəsinin ötən iclasında verilmiş cərimə ləğv olunub.

Qeyd edək ki, ilin son turunun oyununda meydan sahiblərinin bir qrup azarkeşi qonaq fanatlara daş atıb. Bu səbəbdən klub ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə 5000 manat cərimə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi