Yuxarı

​"Kəpəz" klubu Moldovaya çatıb

Klub 40 nəfərlik nümayəndə heyəti ilə səfərə yollanıb

Bakı. 6 iyul. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Moldovanın "Daçiya" klubu ilə qarşılaşacaq "Kəpəz" adıçəkilən ölkəyə çatıb. 

"Report"un məlumatına görə, klub 40 nəfərlik nümayəndə heyəti ilə səfərə yollanıb.

Komandanı aparan təyyarə paytaxt Kişineuya nəzərdə tutulduğundan bir saat gec çatıb. Buna səbəb Bakı-İstanbul-Kişineu marşrutu ilə hərəkət edən təyyarənin İstanbul Atatürk Hava Limanından uçmaq üçün növbə olduğundan bir saat gec havaya qalxmasıdır. Komanda "Aria" hotelində məskunlaşıb.

Qeyd edək ki, iyulun 7-də Speyadakı stadionda keçiriləcək "Daçiya" - "Kəpəz" oyunu saat 19:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi