"Kəpəz" klubu heyətinə daha bir futbolçu cəlb edib

"Kəpəz" klubu heyətinə daha bir futbolçu cəlb edib "Neftçi"dən ayrılan yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılacaq
Futbol
3 Yanvar , 2018 15:54
Kəpəz klubu heyətinə daha bir futbolçu cəlb edib

Bakı. 3 yanvar. REPORT.AZ/ Gəncənin "Kəpəz" komandası daha bir futbolçunu heyətinə cəlb edib. Baş məşqçi Yunis Hüseynovun "Report"a verdiyi məlumata görə, bu, Tərzin Cahangirovdur.

26 yaşlı yarımmüdafiəçi ilə yanvarın 6-da 1 illik müqavilə bağlanılacaq. Cahangirov Samir Zərgərov, Murad Səttarlı və Roman Hüseynovdan sonra "Kəpəz"in sıralarına qoşulan dördüncü futbolçu olub. Əvəzində Samba Diallo, Mansur Aladji, Viktor Oseqeyl, Ruzi Qiyaslı, Novruz Məmmədov, Azad Kərimov, Azər Məmmədov, Aydın Qasımov, Kərim Diniyev, Serqey Çernışev və Məhəmməd Qurbanovla yollar ayrılıb.

Qeyd edək ki, Tərzin Cahangirovun son klubu "Neftçi" olub. O, əvvəllər "Qəbələ", "Sumqayıt" və "Zirə"də çıxış edib. 

Son xəbərlər

Orphus sistemi