​"Kəpəz" ev oyunlarını Yevlaxda keçirə bilər

​"Kəpəz" ev oyunlarını Yevlaxda keçirə bilər Bu barədə Mikayıl Nərimanoğlu məlumat verib
Futbol
27 May , 2015 19:12
​Kəpəz ev oyunlarını Yevlaxda keçirə bilər

Bakı. 27 may. REPORT.AZ/ Futbol üzrə Gəncənin "Kəpəz" klubu ev oyunlarını Yevlaxda keçirə bilər. Bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri və "Kəpəz" klubunun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu məlumat verib.

O bildirib ki, bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər və komandanın ev oyunlarının keçirəcəyi stadionla bağlı məsələyə yaxın iki gün ərzində aydınlıq gələcək. 

M.Nərimanoğlunun sözlərinə görə, Gəncə təmsilçisi ev oyunların Yevlax şəhər stadionunda keçirə bilər: "Müşahidə Şurasının iclasında stadionla bağlı məsələ müzakirə olunub. Bir neçə variant var. Ola bilər ki, "Kəpəz"in ev oyunlarını oynadığı stadionun yanında əlavə meydança qurulsun".

AFFA rəsmisi üzv olduğu Şuranın işlək mexanizm kimi çalışacağını deyib. O, hər bir üzvün qarşısına öhdəlik və vəzifələrin qoyulduğunu deyib: "Mən ictimaiyyətlə əlaqələrin qurulması, tədbirlərin təşkili və işıqlandırılmasına məsul şəxs olacam. Yaxın günlərdə Şuranın effektiv fəaliyyətinin şahidi olacaqsınız. Onu da qeyd edim ki, klubun inzibati heyəti Gəncə sakinlərindən ibarət olacaq".

Qeyd edək ki, bu gün keçirilən iclasa əsasən, "Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev "Kəpəz" klubunun Müşahidə Şurasının sədri seçilib. O, Gəncənin icra başçısı Elmar Vəliyevin oğludur.

Son xəbərlər

Orphus sistemi