​"Kəpəz" klubu ev oyunlarını Gəncədə keçirəcək

​"Kəpəz" klubu ev oyunlarını Gəncədə keçirəcək Bu gün Peşəkar Futbol Liqasının rəsmiləri stadionda olub
Futbol
13 Avqust , 2015 18:06
​Kəpəz klubu ev oyunlarını Gəncədə keçirəcək

Bakı. 13 avqust. REPORT.AZ/ "Kəpəz" futbol klubu ev oyunlarını Gəncə şəhər stadionunda keçirəcək. "Report"un klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görülən hazırlıq işləri artıq başa çatıb və komandanın oyunlarının bu stadionda keçirilməsinə razılıq verilib.

Bu gün Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri stadionda olub. PFL-in Texniki-İdman şöbəsinin əməkdaşları arenaya baxış keçirərək təftiş aparıblar və vəziyyətdən razılıq ediblər.

Qeyd edək ki, “Kəpəz” çempionatın ikinci turu çərçivəsində avqustun 16-da saat 18:30-da doğma divarlar arasında “Zirə”ni qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi