"Kəpəz" klubu daha bir futbolçu ilə yollarını ayırıb

"Kəpəz" klubu daha bir futbolçu ilə yollarını ayırıb Klub qarşılıqlı razılıq əsasında ukraynalı legioner Aleksandr Sitniklə vidalaşıb
Futbol
11 Yanvar , 2016 16:23
Kəpəz klubu daha bir futbolçu ilə yollarını ayırıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Yevlaxda təlim-məşq toplanışına start verən "Kəpəz" daha bir futbolçu ilə yolların; ayırıb. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, gəncəlilər qarşılıqlı razılıq əsasında ukraynalı legioner Aleksandr Sitniklə vidalaşıb.

Hücumçu cari mövsümdə 17 oyunda meydanda olaraq rəqib qapısından iki top keçirib. O, "Qəbələ" və "Sumqayıt"la səfər oyunlarında fərqlənib.

Qeyd edək ki, "Kəpəz" daha öncə Rəşad Eyyubov, Məhərrəm Hüseynov, Murad Ağakişiyev və Ziyabil Məmmədovla yollarını ayırıb. 

Son xəbərlər

Orphus sistemi