"Kəpəz"in son çempionluğunda Azərbaycan və dünyada baş verənlər - ARAŞDIRMA

"Kəpəz"in son çempionluğunda Azərbaycan və dünyada baş verənlər - ARAŞDIRMA Premyer Liqada uzun müddətdir çempion olmayan klub XXI əsrdə titula həsrət qalıb
Futbol
13 Yanvar , 2016 13:30
Kəpəzin son çempionluğunda Azərbaycan və dünyada baş verənlər - ARAŞDIRMA

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanın ikinci ən titullu klubu "Kəpəz"in sonuncu dəfə ölkə çempionu olmasından 17 il ötür. "Report"un məlumatına görə, sonuncu dəfə 1998-1999 mövsümündə birinciliyi bayram edən Gəncə təmsilçisi hazırkı Premyer Liqa klubları arasında ən uzun müddətdir çempion olmayan klub sayılır. 

Bununla belə, müstəqillik dövrünün ötən əsrə təsadüf edən sonuncu ilinədək "Kəpəz" üst-üstə 7 titul əldə edib. Nizami yurdunun komandası 3 çempionluq, 4 kubok qazanıb. Axırıncı titul 2000-ci ilə təsadüf etsə də, bu, qızıl medal yox, kubok olub. Həmin vaxt "Kəpəz"in Azərbaycan Kubokunun finalında məğlub etdiyi "Qarabağ" o vaxtdan 2 dəfə ölkə çempionluğu və eyni sayda kuboku qazanmağın sevincini yaşayıb. Bununla yanaşı, "Qarabağ" 1 dəfə vitse-çempion, 4 dəfə bürünc mükafatçı olub. Üstəlik, Ağdam klubu 2 dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edib.

"Report" "Kəpəz"in sonuncu çempionluğu qazandığı il Azərbaycanda və dünyada baş vermiş önəmli hadisələri xatırladır...

Azərbaycanda...

- Avropa Parlamenti tərəfindən "Qafqazda sülh prosesinə dəstək" adlı qətnamə qəbul edilib;

- Bakı-Supsa (Gürcüstan, Qara dəniz) neft kəməri istismara verilib;

- Azərbaycanla Myanma (Birma) dövləti arasında diplomatik münasibətlərin qurulması haqda protokol imzalanıb;

- Ölkədə ilk dəfə bələdiyyə seçkiləri keçirilib;

- Həmin il dünyaya gələnlər orta məktəblərdə məzun olublar;

- Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilib.

... və dünyada ...

- Polşa, Macarıstan və Çexiya NATO-ya daxil olub;

- Rusiyanın Çeçenistana hücumu nəticəsində İkinci Çeçenistan müharibəsi başlanılıb;

- Portuqaliya Makao adasını Çinə verdiyini açıqlayıb;

- NATO Yuqoslaviyaya qarşı hərbi əməliyyatlara başlayıb;

- PKK lideri Abdulla Öcalan haqda Türkiyədə edam qərarı çıxarılıb;

- Dünya əhaləsinin sayı 6 milyarda çatıb;

- Türkiyəli müğənni Barış Manço, azərbaycanlı bəstəkar Rauf Hacıyev, amerikalı basketbolçu Uilt Çemberlen, Mərakeş Kralı II Həsən vəfat edib.

Son xəbərlər

Orphus sistemi