Yuxarı
    Bağlamaq

    "Kəpəz"in legioner futbolçusunun vəziyyəti aydınlaşıb

    Futbolçu gələn aydan məşqlərə başlayacaq

    Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının VIII turunda AZAL-la səfər oyununda zədələnən Gəncənin "Kəpəz" klubunun futbolçusu Dario Frederikonun durumuna aydınlıq gəlib. 

    "Report"un klub saytına istinadən verdiyi məlumata görə, MRT müayinəsindən keçən braziliyalıya birinci dərəcəli əzələ yırtığı diaqnozu qoyulub.

    Yarımmüdafiəçi qarşıdakı 3 həftə futbol oynaya bilməyəcək. Frederiko yalnız gələn ayın əvvəlindən məşqlərə başlaya biləcək. Bu müddət ərzində onun müalicəsi Bakıda aparılacaq.

    Qeyd edək ki, Dario ötən il də məhz AZAL-la Bakıda keçirilən görüşdə zədələnərək mövsümün sonuna kimi sıradan çıxmışdı. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi