"Kəpəz"in hücumçusu: "Bütün gücümlə oynamağa hazıram"

"Kəpəz"in hücumçusu: "Bütün gücümlə oynamağa hazıram" “Zədəli şəkildə oynamaq oyunçu üçün böyük risk deməkdir"
Futbol
31 Mart , 2018 14:54
Kəpəzin hücumçusu: Bütün gücümlə oynamağa hazıram

Bakı. 31 mart. REPORT.AZ/ “Zədəli şəkildə oynamaq oyunçu üçün böyük risk deməkdir. Düzdür, bütün futbolçular kimi, mən də həmişə oynamağı, meydanda olmağı arzulayıram. Bununla komandama fayda verməyə çalışıram. Amma sağlamlıq da önəmlidir".

"Report"un məlumatına görə, bunu "Kəpəz"in hücumçusu Şadon Vinçester klubun saytına açıqlamasında söyləyib. 

O, zədəsinin ciddiliyini bildikdən sonra məyus olduğunu deyib: "İdmanda zədələr qaçılmazdır. Tibbi personala inanıram və onların dediyi kimi müalicə olundum. İndi hər şey yaxşıdır".

Şadon oyunlara çıxmaq üçün darıxdığını da sözlərinə əlavə edib: “Sağalmışam və bundan sonra bütün gücümlə oynamağa hazıram. Oynamaq həvəsim çoxdur. Ötən tur meydana çıxa bilmədiyim üçün üzgün olsam da, komanda yoldaşlarım mənsiz də yaxşı oynamağı bacardılar. Komandanın əsas heyətinin futbolçusuyam, amma unutmaq olmaz ki, futbol kollektiv oyundur. Bir oyunçu heç nəyi həll etmir, nəticə bütün futbolçuların və məşqçilərin birgə əməyinin məhsuludur”.

Forvard Trinidad və Tobaqo yığmasına dəvət alsa da, zədəsi ilə bağlı toplanışa qatılmamasına da münasibət bildirib: “İnsanın öz ölkəsini təmsil etməsi çox xoşdur. Elə Azərbaycanda top qovmağım da bu anlamdadır. “Kəpəz”in üzvü kimi milliyə çağırılmışdım. Yığmamızın yoxlama oyunlarında iştirak etməliydim. Bu görüşlər böyük əhəmiyyət daşımasa da, hər halda bizim üçün sınaq matçları idi”.

Son xəbərlər

Orphus sistemi