Yuxarı

​"Kəpəz"in futbolçusunu Kərim Benzemanın həkimi əməliyyat edəcək

Dario Frederiko 5 ay müddətinə sıradan çıxıb

Bakı. 19 noyabr. REPORT.AZ/ "Kəpəz" klubunun zədəli futbolçusu Dario Frederiko bu gün Braziliyada əməliyyat olunacaq. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, 24 yaşlı yarımmüdafiəçi eyni zamanda iki əməliyyat keçirəcək.

Menisk zədəsi olan oyunçu vətənində yenidən müayinədən keçib və xaçabənzər diz bağının hissəvi qırılması üzə çıxıb. Braziliyalının hər iki əməliyyatının xərcləri və bərpaedici proses üçün tələb olunan maliyyə vəsaiti Müşahidə Şurasının sədri Elmir Vəliyevin tapşırığına əsasən klub tərəfindən ödəniləcək.

Frederikonu əməliyyat etmək üçün Fransadan həkim dəvət olunub. Bu həkim vaxtilə Kərim Benzemanı da əməliyyat edib. Gəncə təmsilçisinin üzvünün düşərgəyə qayıdışı gələn ilin aprelinə təsadüf edəcək.

Qeyd edək ki, Dario Frederiko Azərbaycan Premyer Liqasının XII turunda AZAL-la oyunda zədələnib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi