"Kəpəz"in əsas heyət oyunçusu "Neftçi"yə qarşı çıxış etməyəcək

"Kəpəz"in əsas heyət oyunçusu "Neftçi"yə qarşı çıxış etməyəcək Serjio Kosta sarı vərəqə limitini doldurub
Futbol
30 Sentyabr , 2016 14:37
Kəpəzin əsas heyət oyunçusu Neftçiyə qarşı çıxış etməyəcək

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi” ilə keçirəcəyi oyun öncəsi Gəncənin “Kəpəz” komandası futbolçu itkisi ilə üzləşib. 

"Report"un məlumatına görə, komandanın əsas oyunçularından olan Serjio Kosta sarı vərəqə limitini doldurub. Cari mövsümün bütün qarşılaşmalarında start heyətində yer alan portuqaliyalı yarımmüdafiəçi ardıcıl 4 görüşdə cəzalanıb. O, III turda “İnter”lə səfər, IV turda “Zirə” ilə ev, V turda “Sumqayıt”la səfər və VI turda “Qarabağ”la ev oyununda sarı vərəqə alıb. Bu səbəbdən, 25 yaşlı legioner tarixi derbi çərçivəsində Bakıdakı səfər matçını buraxmalı olacaq.

Qeyd edək ki, oktyabrın 1-də Bakının Masazır qəsəbəsindəki "Əlincə Arena"da keçiriləcək "Neftçi" - "Kəpəz" matçı saat 19:00-da başlanacaq.  

Son xəbərlər

Orphus sistemi