Yuxarı
    Bağlamaq

    "Kəpəz"in baş məşqçisinin səhhətində problem yaranıb

    Şahin Diniyev təzyiqi qalxdığı üçün Zirə ilə oyundan sonra mətbuat konfransına qatıla bilməyib

    Bakı. 13 mart. REPORT.AZ/ "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin səhhətində problem yaranıb. "Report"un məlumatına görə, 51 yaşlı mütəxəssis "Zirə" ilə Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra özünü pis hiss edib. 

    Diniyevin təzyiqi yüksəldiyi üçün təcili yardıma ehtiyac duyulub. Həkim müdaxiləsindən sonra onun səhhəti normallaşıb. Bununla belə, baş məşqçi mətbuat konfransına qatıla bilməyib. Onu köməkçisi Füzuli Allahverdiyev əvəzləyib. 

    Qeyd edək ki, "Zirə" ilə oyun "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi