"Kəpəz"in Avroliqadakı rəqibinin prezidenti vəzifəsindən gedib

"Kəpəz"in Avroliqadakı rəqibinin prezidenti vəzifəsindən gedib Adlan Şişxanov komandada menecer vəzifəsində çalışacaq
Futbol
5 İyul , 2016 18:12
Kəpəzin Avroliqadakı rəqibinin prezidenti vəzifəsindən gedib

Bakı. 5 iyul. REPORT.AZ/ Gəncənin "Kəpəz" klubunun Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Moldova "Daçiya"sının prezidenti Adlan Şişxanov tutduğu postdan gedib. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Şişxanov bundan sonra komandanın meneceri vəzifəsində çalışacaq.

O, menecer işləməklə futbolçulara daha yaxın olacağını bildirib: "Bu yolla mən komandaya daha yaxın olacağam, hadisələrin aktiv iştirakçısına çevirləcəyəm. Belə komandaya daha faydalı olacağıma inanıram. Komandaya daha çox uğur qazandıra bilərəm".

Qeyd edək ki, "Kəpəz"lə Bakıda keçirilən oyunda A.Şişxanovun texniki zonada dayanaraq baş məşqçinin əvəzinə futbolçulara göstəriş verməsi və oyunçu dəyişikliyi etməsi diqqət çəkib.

Son xəbərlər

Orphus sistemi