Yuxarı

"Kəpəz"in aparıcı futbolçusu zədəsini sağaldıb

"Kəpəz"in aparıcı futbolçusu zədəsini sağaldıb
Dario Frederiko Qəbələyə qarşı oynayacaq

Bakı 16 dekabr. REPORT.AZ/ Gəncənin “Kəpəz” klubunun futbolçusu Dario Frederiko Azərbaycan Premyer Liqasının XIV turunda “Qəbələ”yə qarşı səfər oyununda meydana çıxacaq.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı hücumçunun adı matçın “18-liy”inə salınacaq.

Uzun müddət zədəli olan braziliyalı yarımmüdafiəçi çempionatın VIII turunda AZAL-la Bakıdakı oyunda zədələnərək sıradan çıxmışdı. O vaxtdan müalicə olunan Federiko Premyer Liqa və Azərbaycan Kuboku qarşılaşmalarında oynamayıb. Yalnız ötən həftədən komanda ilə birgə məşqlərə qoşulan Frederiko bu ilin son turu üçün oyuna hazır olub.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 14:00-da başlayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi