"Kəpəz" klubu "İnter"lə oyuna itkilərlə çıxacaq

"Kəpəz" klubu "İnter"lə oyuna itkilərlə çıxacaq Komandanın 2 üzvü xəstələnib
Futbol
27 Yanvar , 2017 20:55
Kəpəz klubu İnterlə oyuna itkilərlə çıxacaq

Bakı. 27 yanvar. REPORT.AZ/ Gəncənin "Kəpəz" klubu Azərbaycan Premyer Liqasının XV turunda Bakıda "İnter"lə keçiriləcək oyuna itkilərlə çıxacaq. 

"Report"un məlumatına görə, qarşıdakı matçda gəncəlilər üç futbolçusunun xidmətindən yararlana bilməyəcəklər.

Müdafiəçi Şəhriyar Əliyev və yarımmüdafiəçi Vüqar Bəybalayev xəstələnib. Onlar soyuqdəymədən əziyyət çəkdiyindən meydana çıxmayacaqlar. Tibb personalı sabah təkrar müayinə ilə V.Bəybalayevin vəziyyətini bir daha nəzərdən keçirəcək.

Müdafiəçi Renan Alveş isə cəzalıdır. Braziliyalı ötən ilin sonunda “Qəbələ” ilə səfər oyununda qırmızı vərəqə alıb.

Son xəbərlər

Orphus sistemi