"Kəpəz"ə uduzan klub daha 3 futbolçusunu qovub

"Kəpəz"ə uduzan klub daha 3 futbolçusunu qovub "Daçiya"nı qapıçılarla işləyən məşqçi də tərk edib
Futbol
13 İyul , 2016 13:10
Kəpəzə uduzan klub daha 3 futbolçusunu qovub

Bakı. 13 iyul. REPORT.AZ/ "Kəpəz"in futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Moldovanın "Daçiya" klubu heyətlə bağlı islahatlarını davam etdirir. "Report"un məlumatına görə, Kişinyov təmsilçisi daha 3 futbolçunu qovub.

Bunlar qapıçı Artyom Qaydukoviç, müdafiəçi Məcid Nəziri və hücumçu Andrey Buqnyakdır. Klubu eyini zamanda qapıçılarla işləyən məşqçi Yevgeni Matyugin tərk edib.

"Daçiya" "Kəpəz"ə ev oyununda qapıçısının buraxdığı kobud səhv nəticəsində 0:1 hesabı ilə uduzaraq mübarizədən kənarda qalıb. Ancaq moldovalıların yollarını ayırıdığı qapıçı bu yox, onun əvəzləyicisidir. Günahkar Dumitru Çelyadniki saxlayan "Daçiya" "Kəpəz"lə oyunlarda adı heç protokolda olmayan, ancaq UEFA-ya göndərilən iştirak ərizəsində yer alan 3-cü qapıçısını çıxarıb. Nəziri "Kəpəz"lə oyunlarda ehtiyatda qalıb, Buqnyak isə sona yaxın meydana çıxıb.

Qeyd edək ki, "Daçiya" daha öncə ukraynalı legionerləri - Denis Kojanov, Rinar Valeyev və Andrey Slinkini heyətindən kənarlaşdırıb.

Son xəbərlər

Orphus sistemi