Bakı. 9 yanvar. REPORT.AZ/ “Kəpəz”in qış fasiləsində heyətinə qatacağı daha bir futbolçu müəyyənləşib.
Bu barədə “Report”a Gəncə təmsilçisinin baş məşqçisi Yunis Hüseynov məlumat verib.
O bildirib ki, Gürcüstan çempionu “Samtredia”nın futbolçusu Giuli Manjqaladze artıq komandanın düşərgəsindədir. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik və ya 6 aylıq müqavilə bağlanılacaq.
Qeyd edək ki, Gürcüstan və Ukrayna vətəndaşı olan Manjqaladze ötən yay Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı hər iki oyunda iştirak edib.