Yuxarı
    Bağlamaq

    "Kəpəz" cari mövsümdə ilk qələbəsini qazanıb

    Gəncə təmsilçisi Qəbələdə eyniadlı klubu məğlub edib

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib. 

    "Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Kəpəz"i qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 48-ci dəqiqədə Kərim Diniyev, 58-ci dəqiqədə isə İlkin Sadıqov vurub.

    Qeyd edək ki, bu, "Kəpəz"in cari mövsümdə ilk qələbəsidir. Hazırda komandanın aktivində 4 xal var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi