"Kəpəz" Azərbaycan Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb

"Kəpəz" Azərbaycan Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb "Sumqayıt" isə dalbadal dördüncü matçdan məğlub ayrılıb
Futbol
18 Mart , 2017 17:54
Kəpəz Azərbaycan Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb

Bakı. 18 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub. "Report"un məlumatına görə, açılış oyununda "Kəpəz"lə "Sumqayıt" üz-üzə gəlib.

Gəncə şəhər stadionunda keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 45-ci dəqiqədə Dario Federiko vurub. Beləliklə, "Kəpəz" ardıcıl 2-ci qələbəsi sayəsində 24 xalla 6-cı pilləyə yüksəlib. Ardıcıl 4-cü məğlubiyyətlə üzləşən "Sumqayıt" isə 25 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, günün növbəti oyununda "Neftçi" "İnter"i qəbul edəcək. "Bakcell Arena"da keçiriləcək görüş saat 19:37-də başlanacaq. 

Son xəbərlər

Orphus sistemi