Bakı. 3 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunun 1/8 finalında "Zirə" səfərdə "Turan Tovuz"la qarşılaşıb. "Report"un məlumatına görə, qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu Aleksandr Şemonayev vurub. 80-ci dəqiqədə rəqib qapısından keçən top "Zirə"ni 1/4 finala daşıyıb. "Zirə"nin 1/4 finaldakı rəqibi "Neftçi" olacaq.
*** 14:50
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 finalın daha bir görüşü keçirilib. "Report"un məlumatına görə, Gəncənin "Kəpəz" klubu Qusarın "Şahdağ" komandasının qonağı olub.
"Bayıl Arena"da keçirilən qarşılaşmada gəncəlilər üstünlük nümayiş etdirib. Şahin Diniyevin rəhbərlik etdiyi komanda rəqib qapısından 5 top keçirib. "Şahdağ" isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib.
Gəncə təmsilçisinin heyətində Orxan Əliyev (10), Şəhriyar Rəhimov (12), Tural Qürbətov (31), Tural Rzayev (51) və Ceyhun Cavadov (87) fərqləniblər. "Şahdağ"ın yeganə qolu isə Haqverdi Həsənovun (78) aktivinə yazılıb.
"Kəpəz"in 1/4 finaldakı rəqibi Bakının "İnter" klubu olacaq.