"Kəpəz" Antalyaya təlim-məşq toplanışına yollanıb

"Kəpəz" Antalyaya təlim-məşq toplanışına yollanıb Gəncə komandası qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək
Futbol
18 Yanvar , 2018 17:17
Kəpəz Antalyaya təlim-məşq toplanışına yollanıb

Bakı. 18 yanvar. REPORT.AZ/ “Kəpəz” futbol komandası Azərbaycan Premyer Liqasındakı qış fasiləsi dövründə hazırlığın Bakı mərhələsini başa vuraraq Türkiyəyə yollanıb. 

"Report"un məlumatına görə, Gəncə klubunun təlim-məşq toplanışının növbəti hissəsi Antalyada olacaq.

“Kəpəz” qonşu ölkədə taktiki və texniki çalışmalar üzərində işləməklə yanaşı, yoxlama oyunları da keçirəcək. Komanda Rumıniya (22 yanvar - “Viitorul” Konstanta), Cənubi Koreya (25 yanvar - “Daejeon Sitizen”), Polşa (28 yanvar - “Yagelloniya”) və Serbiya (31 yanvar - “Spartak” Subotiça) klubları ilə qarşılaşacaq. Antalya toplanışı fevralın 2-də yekunlaşacaq. 

Qeyd edək ki, "Kəpəz"dən əvvəl Azərbaycan Premyer Liqasındakı klublardan "Qəbələ", "Qarabağ" və "Neftçi" də qonşu ölkəyə yollanıb. Həftəsonunadək "Sumqayıt", "Səbail", "Keşlə" və "Zirə" də Bakını tərk edəcək.

Son xəbərlər

Orphus sistemi