Yuxarı
    Bağlamaq

    “Kəpəz" - “Admira” cavab oyununun biletləri satışa çıxarılıb

    Bilet satışı Bakı şəhərində təşkil olunacaq

    Bakı. 19 iyul. REPORT.AZ/ Avropa Liqasının II təsnifat mərhələsində “Kəpəz"lə Avstriya “Admira”sı arasında keçiriləcək cavab oyununun biletləri satışa çıxarılıb.

    "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bilet satışı Bakı şəhərində təşkil olunacaq.

    Azarkeşlər paytaxtda iyulun 19-u saat 14:00-dan 19:00-dək, iyulun 20-si isə saat 12:00-dan 16:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun kassasından, oyun günü saat 17:00-dan sonra “Dalğa Arena”nın kassasından bilet ala bilərlər. 

    Qeyd edək ki, “Kəpəz” – “Admira” oyunu iyulun 20-də saat 20:00-da “Dalğa Arena”da keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi