“Kəpəz” 8 futbolçu ilə yollarını ayırıb

“Kəpəz” 8 futbolçu ilə yollarını ayırıb Bunların hamısı yerli oyunçu statusunda çıxış edənlərdir
Futbol
2 Yanvar , 2018 19:21
“Kəpəz” 8 futbolçu ilə yollarını ayırıb

“Kəpəz”in əsas komandasında çıxış edən 8 futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Report"un Gəncə klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunların hamısı yerli oyunçu statusunda çıxış edənlərdir.

Qapıçı Ruzi Qiyaslı, müdafiəçilər Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Azər Məmmədov, Aydın Qasımov, Kərim Diniyev, Serqey Çernışev və Məhəmməd Qurbanov Gəncə klubundan ayrılıb. Sonuncu öz istəyi ilə komandanı tərk edib. Digər futbolçulardan Kərim Diniyev əvvəlki baş məşqçi Şahin Diniyevin oğlu, qalanları elə Ş.Diniyevin vaxtında heyətə cəlb olunanlardır.

“Kəpəz” rəhbərliyi bu futbolçulara xidmətlərinə görə minnətdarlığını bildirib, gələcək karyeralarında uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi