Kaziraqi: "Ronaldunun İtaliyada 40 qol vuracağını düşünmürəm"

Kaziraqi: "Ronaldunun İtaliyada 40 qol vuracağını düşünmürəm" Bakı. 26 avqust. REPORT.AZ/ Futbol üzrə İtaliya yığma komandasının sabiq hücumçusu Pyerluici Kaziraqi yay mövsümündə Realdan (İspaniya) Yuventusa keçən Kriştianu Ronaldunun yeni komandadakı perspektivləri barədə fikirlərini bölüşüb.
Futbol
26 Avqust , 2018 08:24
Kaziraqi: Ronaldunun İtaliyada 40 qol vuracağını düşünmürəm

Bakı. 26 avqust. REPORT.AZ/ Futbol üzrə İtaliya yığma komandasının sabiq hücumçusu Pyerluici Kaziraqi yay mövsümündə "Real"dan (İspaniya) "Yuventus"a keçən Kriştianu Ronaldunun yeni komandadakı perspektivləri barədə fikirlərini bölüşüb.

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, keçmiş futbolçu Ronaldunun La Liqada olduğu kimi İtaliyada da 40 qol vuracağını düşünmədiyini deyib.

"İtaliya futbolu və bizim müdafiədəki oyunumuz İspaniyadakıdan fərqlənir. O bura qalib gəlmək üçün gəlib, lakin düşünmürəm ki, burada La Liqada olduğu kimi 40 top vuracaq", – deyə Kaziraqi bildirib.

Ronaldu 2009/10-cu illər mövsümündən başlayaraq hər mövsüm "Real"ın heyətində bütün turnirlərdə ən azı 40 qol vurub.

Son xəbərlər

Orphus sistemi