Kaxaber Tsxadadze Gürcüstan yığmasına "İnter"in 3 futbolçusunu çağırıb

Kaxaber Tsxadadze Gürcüstan yığmasına "İnter"in 3 futbolçusunu çağırıb Dəvətlilər siyahısında əvvəllər Azərbaycanda da legioner həyatı yaşamış daha 3 oyunçu da var
Futbol
9 Mart , 2015 15:30
Kaxaber Tsxadadze Gürcüstan yığmasına İnterin 3 futbolçusunu çağırıb

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycanın "İnter" futbol komandasının baş məşqçisi Kaxaber Tsxadadze paralel rəhbərlik etdiyi Gürcüstan yığması üçün ilk heyəti açıqlayıb. "Report"un Gürcüstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Malta ilə yoldaşlıq görüşü və Almaniyaya qarşı AVRO-2016-nın seçmə qrup matçı üçün 29 oyunçuya dəvət göndərilib.

O, qarşılaşmalaradək siyahını 23 futbolçuya endirəcək. K.Tsxadadze yığmaya "İnter"dən 3 futbolçunu çağırıb. Bunlar müdafiəçi Aleksandr Amisulaşvili və Laşa Salukvadze, eləcə də hücumçu Baçana Tsxadadzedir. Eyni zamanda, əvvəllər Azərbaycanda da legioner həyatı yaşamış qapıçı Revaz Tevdoradze və müdafiəçi Georgi Navalovski ilə Georgi Popxadze dəvətlilər siyahısındadır. Əvəzində "Qarabağ"ın sabiq hücumçusu, Temuri Ketsbayanın dövründə milliyə müntəzəm çağırılmış Nikoloz Gelaşvili heyətdən kənarda qalıb.

Qeyd edək ki, Gürcüstan millisi Maltanı martın 25-də, Almaniyanı isə martın 29-da sınağa çəkəcək. 

Son xəbərlər

Orphus sistemi