Kaxaber Sxadadze "Kayrat"ın baş məşqçisi postundan istefa verib

Kaxaber Sxadadze "Kayrat"ın baş məşqçisi postundan istefa verib Gürcüstanlı mütəxəssis Avropa Liqasında uğursuz çıxışa görə belə bir addım atıb
Futbol
22 İyul , 2017 11:13
Kaxaber Sxadadze Kayratın baş məşqçisi postundan istefa verib

Bakı. 22 iyul. REPORT.AZ/ Qazaxıstanın “Kayrat” komandasının baş məşqçisi Kaxaber Sxadadze istefa verib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı gürcüstanlı mütəxəssis Avropa Liqasında uğursuz çıxışa görə belə bir addım atıb.

Onun rəhbərlik etdiyi kollektiv II təsnifat mərhələsində Albaniya təmsilçisi “Skenderbeu”ya uduzaraq (1:1, 0:2) mübarizəni dayandırıb.

Ötən ilin yazında “Kayrat”a baş məşqçi təyin edilən K.Sxadadze bu komanda ilə ölkə çempionatının gümüş medallarını və Qazaxıstan Superkubokunu qazanıb.

Qeyd edək ki, Kaxaber Tsxadadze 2008-ci ildə Bakının "Standard", 2009 - 2014-cü illərdə isə "İnter" komandalarının baş məşqçisi olub. O, baş məşqçi karyerasında ilk dəfə Super Kubok əldə edib. Əvvəllər Tsxadadze 2 dəfə - Tbilisinin "Dinamo" (2004-2005) və Bolnisinin "Sioni" (2005-2006) komandalarına Gürcüstan, "İnter"ə (2009-2010) isə Azərbaycan çempionluğu qazandırıb.

Son xəbərlər

Orphus sistemi