Kataloniyadakı referenduma göre "Real Madrid" və "Barselona"nın futbolçuları arasında dava düşüb - VİDEO

Kataloniyadakı referenduma göre "Real Madrid" və "Barselona"nın futbolçuları arasında dava düşüb - VİDEO Serxio Ramos Jerar Pikeni İspaniya yığmasının düşərgəsində əhval-ruhiyyəni pozmaqda ittiham edib
Futbol
3 Oktyabr , 2017 15:49
Kataloniyadakı referenduma göre Real Madrid və Barselonanın futbolçuları arasında dava düşüb - VİDEO

Bakı. 3 oktyabr. REPORT.AZ/ İspaniya milli komandasının futbolçuları Serxio Ramos və Jerar Pike arasında məşq zamanı dava düşüb.

“Report” AS nəşrinə istinadən xəbər verir ki, buna Kataloniyanın İspaniyadan ayrılıb müstəqilliyini elan etməsi ilə bağlı referendum səbəb olub. “Real Madrid”in kapitanı olan Ramos “Barselona”nın formasını geyinən Pikeni yığmanın düşərgəsində əhval-ruhiyyəni pozmaqda ittiham edib.
Daha əvvəl ispaniyalı azarkeşlər yığmanın Madriddə baş tutan məşq prosesi zamanı Jerar Pikeni fitə basıblar və onun düşərgəni tərk etməsini istəyiblər. Fanatlar hesab edir ki, 30 yaşlı kataloniyalı futbolçu KİV-də və sosial şəbəkələrdə səsləndirdiyi fikirlərlə yığmaya ziyan vurur.

Xatırladaq ki, referendum oktyabrın 1-də keçirilib. Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon prosesdə iştirak edənlərdən 90 faizinin müstəqillik lehinə səs verdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi