Karlos Kardoso: "Bəzi futbolçularımız "İnter"lə kubok oyununu düşünürdülər"

Karlos Kardoso: "Bəzi futbolçularımız "İnter"lə kubok oyununu düşünürdülər" "Qəbələ" ilə keçirilən oyundan sonra "Neftçi"nin futbolçusu öz təəssuratları iə bölüşüb
Futbol
18 Aprel , 2015 02:14
Karlos Kardoso: Bəzi futbolçularımız İnterlə kubok oyununu düşünürdülər

Bakı. 18 aprel. REPORT.AZ/ "Qəbələ"dən belə oyun gözləmirdim. Bundan sonrakı matçlarda onlar bundan da yaxşı çıxış edəcəklər". "Report"un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının XXX turunda "Qəbələ" ilə keçirilən oyundan sonra "Neftçi"nin futbolçusu Karlos Kardoso deyib.

Matç haqqında fikirlərini bildirən müdafiəçi "Bakcel Arena"da baş tutan qarşılaşmada oyuna köklənə bilmədiklərini söyləyib. Qarşıda "İnter"lə çətin yarımfinal oyununun olduğunu bildirən 31 yaşlı futbolçu fikrini belə izah edib: "Mənə elə gəlir ki, bizim bəzi futbolçularımız "İnter"lə kubok oyununu düşünürdülər. "İnter"lə oyuna yaxşı köklənmək lazımdır. İlk oyunda 2 cavabsız qolla qalib gəlmişik. Bu üstünlüyü qorumalıyıq. Çempionatda isə ikinci yer uğrunda mübarizə aparırıq. İstənilən halda oynamaq, mübarizə aparmaq lazımdır. İndi "Qarabağ"ın futbolçularından çempionluq haqda soruşsanız, onlar özlərini çempion hesab etmədiklərini deyəcək".

"Qəbələ"nin ikinci qolundan sonra komanda yoldaşı Denis Silvaya qarşı kobudluq olduğunu bildirən braziliyalı hakimliyin pis olmadığını deyib. Üstəlik futbolçu ona qarşı şərt qoyulduğunu da bildirib: "Mən qaydanı pozmaq istəmirdim. Çünki mənə şərt qoyulub ki, yenidən qırmızı vərəqə almayım. Ən azı bir oyunluq da olsa, diskvalifikasiya olunsam, üstünə daha iki oyun əlavə olunacaq".

Son xəbərlər

Orphus sistemi