Karlo Ançelottiyə İtaliya millisinin baş məşqçisi postu təklif olunub

Karlo Ançelottiyə İtaliya millisinin baş məşqçisi postu təklif olunub Bakı. 24 aprel. REPORT.AZ/ Karlo Ançelotti futbol üzrə İtaliya yığmasının yeni baş məşqçisi ola bilər.
Futbol
24 Aprel , 2018 12:26
Karlo Ançelottiyə İtaliya millisinin baş məşqçisi postu təklif olunub

Bakı. 24 aprel. REPORT.AZ/ Karlo Ançelotti futbol üzrə İtaliya yığmasının yeni baş məşqçisi ola bilər.

"Report"un "Sky Sport"a istinadən verdiyi məlumata görə, İtaliya Futbol Federasiyası 59 yaşlı mütəxəssisə  milli komandaya rəhbərlik etmək təklifi ünvanlayıb.

Yığmanın baş məşqçi postuna ən real namizəd isə hazırda Rusiyanın "Zenit" klubunda işləyən Roberto Mançini hesab olunur.

Qeyd edək ki, İtaliya milli komandası dünya çempionatının pley-off mərhləsində İsveç yığmasına uduzaraq, mundialdan kənarda qalıb. 

Son xəbərlər

Orphus sistemi