Yuxarı

Karlo Ançelotti “Napoli”nin baş məşqçisi postundan istefaya göndərilib

Karlo Ançelotti “Napoli”nin baş məşqçisi postundan istefaya göndərilib

İtaliyanın “Napoli” klubu əsas komandanın baş məşqçisi Karlo Ançelottini istefaya göndərib.

“Report” xəbər verir ki, 60 yaşlı italiyalı mütəxəssis Neapol təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin VI turunda evdə Belçika “Genk”ini 4:0 hesabı ilə məğlub etdiyi oyundan sonra postundan göndərilib.

“Napoli” yer aldığı E qrupunda 12 xalla 2-ci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazansa da, komanda A Seriyasında 15 oyundan 21 xal toplayıb və 7-ci sıradadır.

Qeyd edək ki, Ançelotti 2018-ci ilin mayında “Napoli” ilə 3 illik müqavilə bağlamışdı. Onu bu postda Cennaro Qattuzonun əvəzləyəcəyi yönündə xəbərlər var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi