Bakı. 6 oktyabr. REPORT.AZ/ İtaliya təmsilçisi “Napoli”nin baş məşqçisi Karlo Ançelotti komandasını Çempionlar Liqasının (ÇL) II turunda İngiltərə “Liverpul”u ilə matça qeyri-adi formada motivasiya edib.
“Report” “CalcioNapoli24” portalına istinadən xəbər verir ki, 59 yaşlı italiyalı mütəxəssis evdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan əvvəl futbolçulara “Napoli”nin “Liverpul” ilə görüşün autsayderi olmasına dair yazılı mətbuatdan bir neçə başlıq və televiziyalarda yayımlanan sujetlər göstərib.
Baş məşqçi bundan sonra üzünü futbolçulara tutaraq belə söyləyib: “Buna nə deyirsiniz? Biz çıxaq və “Liverpul”a xoşagəlməz sürpriz edək?”
Qeyd edək ki, “Napoli” ÇL-də 4 xalla C qrupunun lideridir.