Karlo Ançelotti İtaliya klubu ilə danışıqlar aparıb

Karlo Ançelotti İtaliya klubu ilə danışıqlar aparıb Bakı. 5 may. REPORT.AZ/ Almaniyanın Bavariya klubunun baş məşqçisi Karlo Ançelotti İtaliyanın Yuventus klubu ilə danışıqlar aparıb.
Futbol
5 May , 2018 09:13
Karlo Ançelotti İtaliya klubu ilə danışıqlar aparıb

Bakı. 5 may. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Karlo Ançelotti İtaliyanın "Yuventus" klubu ilə danışıqlar aparıb.

"Report"un "Sky Sport"a istinadən verdiyi məlumata görə, klub rəhbərliyi 59 yaşlı mütəxəssislə görüşüb. Təcrübəli baş məşqçi bu postda Massimiliano Alleqrini əvəzləyə bilər. Alleqrinin Turin təmsilçisi ilə müqaviləsi 2020-ci ildə başa çatır.

Qeyd edək ki, Korlo Ançelotti daha öncə İtaliya milli komandasına rəhbərlik etməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi