Karlo Ançelotti "Bavariya"nın futbolçusunun Azərbaycanla oyuna çağırılmasını məsləhət görməyib

Karlo Ançelotti "Bavariya"nın futbolçusunun Azərbaycanla oyuna çağırılmasını məsləhət görməyib "Yoahim Lövə dedim ki..."
Futbol
18 Mart , 2017 10:21
Karlo Ançelotti Bavariyanın futbolçusunun Azərbaycanla oyuna çağırılmasını məsləhət görməyib
Courtesy İmage

Bakı. 18 mart. REPORT.AZ/ "Bavariya"nın futbolçusu Jerom Boatenq İngiltərə və Azərbaycan yığmalarına qarşı oyunlara klubun baş məşqçisi Karlo Ançelotti ilə məsləhətləşmələrə əsasən çağırılmayıb. "Report"un məlumatına görə, bu barədə italiyalı mütəxəssisin özü açıqlama verib.

O, 29 yaşlı müdafiəçi ilə əlaqədar Bundestimin baş məşqçisi Yoahim Lövlə danışdığını bildirib: "Lövə dedim ki, Boatenqin durumu milliyə münasibdir. Lakin ona fiziki vəziyyətini daha da yaxşılaşdırmaq üçün vaxt lazımdır".

"Bavariya" Bundesliqanın XXV turunda Mönhenqladbax "Borussiya"sının qonağı olacaq. Ançelotti martın 19-da keçiriləcək görüşdə Boatenqə bir neçə dəqiqə şans vermək istədiyini də əlavə edib.

Qeyd edək ki, Almaniya millisi martın 22-də İngiltərə ilə Dortmundda yoldaşlıq görüşündə, martın 26-da isə Bakıda Azərbaycanla 2018-ci il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək.    

Son xəbərlər

Orphus sistemi