Karles Puyol uzun saçlarına görə İran televiziyasına buraxılmayıb

Karles Puyol uzun saçlarına görə İran televiziyasına buraxılmayıb Bakı. 25 iyun. REPORT.AZ/ İspaniya milli komandasının və Barselona klubunun sabiq futbolçusu Karles Puyol İranın IRTV 3 televiziya kanalına buraxılmayıb.
Futbol
25 İyun , 2018 09:38
Karles Puyol uzun saçlarına görə İran televiziyasına buraxılmayıb

Bakı. 25 iyun. REPORT.AZ/ İspaniya milli komandasının və "Barselona" klubunun sabiq futbolçusu Karles Puyol İranın IRTV 3 televiziya kanalına buraxılmayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə keçmiş müdafiəçinin özü bildirib. Puyol efirə uzun saçlarına görə buraxılmadığını açıqlayıb. O, xarici görkəminin İran televiziyasında nümayiş olunması üçün məqbul sayılmadığını söyləyib. 

Qeyd edək ki, Karles Puyol IRTV 3 telekanalında Rusiyada keçirilən futbol üzrə dünya çempionatının İspaniya - İran maçının eksperti qismində çıxış etməli idi. Lakin aparıcı Adel Firdovsipur ulduz futbolçunun canlı yayıma gələ bilməyəcəyini deməyə məcbur olub. Daha əvvəl ispaniyalı ulduzun yüksək qonorar tələb etdiyi xəbərləri yayılmışdı. 

Son xəbərlər

Orphus sistemi