Kapello Çin klubuna baş məşqçi təyin edilib

Kapello Çin klubuna baş məşqçi təyin edilib İtaliyalı mütəxəssis "Szyansu Sunin" klubunu çalışdıracaq
Futbol
11 İyun , 2017 18:07
Kapello Çin klubuna baş məşqçi təyin edilib
Twitter

Bakı. 11 iyun. REPORT.AZ/ Son iş yeri Rusiya millisi olan italiyalı mütəxəssis Fabio Kapello Çinin "Szyansu Sunin" klubunun baş məşqçisi olub.

"Report" xəbər verir ki, bu barədə Çin komandasının qeyri-rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Şənbə günü "Corriere dello Sport" nəşri 70 yaşlı italiyalı ilə il yarımlıq müqavilə imzalandığını və onun 10 milyon avro əmək haqqı alacağını yazıb.

Hazırda 12 turdan sonra "Szyansu Sunin" 8 xal ilə turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Komanda Kapellonun rəhbərliyi altında ölkə çempionatında ilk oyununu iyunun 18-də 13-ci tur çərçivəsində "Çançun Yatay" klubuna qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi