​Kanales: Hər bir komanda "Neftçi"yə qarşı güclü müqavimət göstərir

​Kanales: Hər bir komanda "Neftçi"yə qarşı güclü müqavimət göstərir "Neftçi"nin hücumçusu "İnter" üzərində qələbəyə münasibət bildirib
Futbol
14 Aprel , 2015 07:24
​Kanales: Hər bir komanda Neftçiyə qarşı güclü müqavimət göstərir

Bakı. 14 aprel. REPORT.AZ/ "Neftçi"nin hücumçusu Nikolas Kanales Azərbaycan Kubokunun "İnter"lə ilk yarımfinal matçının ardından jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir.

- Oyun barədə fikirlərinizi bilmək istərdik

- Ağır oyun oldu. Çünki "İnter həmişə yaxşı oyun göstərir və bizimlə oyunlarda həmişə güclü təsir bağışlayır. Təsadüfi deyil ki, iki oyunda bu komandaya uduzmuşduq.

- Kanales son oyunlarda öz məhsuldarlığı ilə seçilir. Demək olarmı ki, artıq o, əvvəlki formasına qayıdıb?

- Artıq oyunlar bir az fəqlidir. Məncə, rəqib komandalar da güclənib. İnanmıram ki, indi bombardir 20-30 qola çata bilsin. Artıq bu, çox ağırdır.

- 2:0-dan sonra şanslar yenə 50-50-dir?

- Məncə, cavab görüşündə başqa sistemlə oynamaq lazımdır ki, qol buraxmayaq.

- Necə fikirləşirsiniz: bu oyunla finalda "Qarabağ" və ya "Simurq"u udmaq olar?

- Bugünkü kimi oynasaq, bəli. Çoxdandır belə oyun göstərmirdik.

- İlk dəfə "Neftçi"yə gələndə və indi sizcə, çempionat çoxmu aşağı düşüb?

- Bəzi komandalarda iqtisadi problemlər var. Kiçik komandalar artıq rəqib ola bilmirlər. Bu da çempionatın formalaşmasına çox pis təsir göstərir. Ancaq deməzdim ki, çempionatın səviyyəsi aşağı düşüb. Çünki bəzi komandaların səviyyəsi artıb. Məsələn, "Sumqayıt"la oynamaq artıq bizə ağır gəlir. Yəni hər bir komanda "Neftçi"yə qarşı güclü müqavimət göstərir.

Son xəbərlər

Orphus sistemi