Yuxarı
    Bağlamaq

    Kamran Ağayevin klubu bu gün Portuqaliya çempionatında liderlə görüşəcək

    Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüş Lissabondakı Eştadiu da Luj stadionunda keçiriləcək

    Bakı. 14 yanvar. REPORT.AZ/ "Boavişta" klubu bu gün Portuqaliya çempionatında XVII tur matçına çıxacaq.

    "Report"un məlumatına görə, rəqib çempionatın lideri "Benfika" olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüş Lissabondakı "Eştadiu da Luj" stadionunda keçiriləcək.

    "Boavişta"nın qapısını yenə Azərbaycan millisinin üzvü Kamran Ağayevin qoruyacağı gözlənilir. Emin Mahmudovun isə start heyətdə meydana çıxacağı ehtimalı azdır.

    Qeyd edək ki, 16 turdan sonra "Boavişta" 20 xalla 10-cu pillədə qərarlaşıb. İlk pillədəki "Benfika"nın isə 41 xalı var. 
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi