Kamran Ağayev zədəsini sağaldıb

Kamran Ağayev zədəsini sağaldıb Azərbaycan millisinin və Keşlə klubunun qapıçısı Kamran Ağayev zədəsini sağaldıb.
Futbol
27 Mart , 2019 16:29
Kamran Ağayev zədəsini sağaldıb
0 : 00
0 : 00

Azərbaycan millisinin və "Keşlə" klubunun qapıçısı Kamran Ağayev zədəsini sağaldıb.

Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 33 yaşlı qolkiper artıq komanda ilə məşqlərə start verib.

Baş məşqçi Tərlan Əhmədov şans verəcəyi təqdirdə, Ağayevin Premyer Liqanın XXII turunda evdə "Neftçi" ilə matçda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, martın 30-da "ASK Arena"da keçiriləcək "Keşlə" - "Neftçi" matçı saat 18:30-da start götürəcək. Kamran Ağayev zədə səbəbindən Azərbaycan millisinin səfərdə Xorvatiyaya qarşı AVRO-2020-nin seçmə və "Bakcell Arena"da Litva ilə yoldaşlıq oyununda iştirak edə bilməyib. Azərbaycan Xorvatiyaya 1:2 hesabı ilə uduzub, Litva ilə isə qolsuz heç-heçə edib. 

Son xəbərlər

Orphus sistemi