Yuxarı

​Kamran Ağayev Türkiyənin "Kayserispor" klubuna keçib - FOTO

Təcrübəli qapıçı yeni komandasında 36 nömrəli forma ilə çıxış edəcək

Bakı. 2 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Türkiyənin "Kayserispor" klubuna keçib. 

"Report"un məlumatına görə, ötən həftəsonu "Qəbələ" ilə yollarını ayıran qolkiper I Liqa təmsilçisinin heyətində tibbi müayinədən uğurla keçib.

Artıq "Kayserispor" 29 yaşlı əlcək sahibinin adını klubun rəsmi saytında futbolçular siyahısına əlavə edib. Ağayev yeni komandasında 36 nömrəli forma ilə çıxış edəcək. Tezliklə tərəflər arasında sonradan 1 il də uzadıla bilməsi şərti ilə 6 aylıq rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, hazırda "Kayserispor" 18 turdan sonra 37 xalla birinci pillədə qərarlaşıb. Bu komandada 2005-2006-cı il mövsümündə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov da forma geyinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi