​Kamran Ağayev Türkiyə I Liqasında növbəti oyununu keçirib

​Kamran Ağayev Türkiyə I Liqasında növbəti oyununu keçirib "Alanyaspor"la görüşdə komandalar meydanı "sülh"lə tərk edib
Futbol
14 Aprel , 2015 10:33
​Kamran Ağayev Türkiyə I Liqasında növbəti oyununu keçirib

Bakı. 14 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu Türkiyənin "Kayserispor" klubu I Liqada növbəti matçını keçirib. "Report"un məlumatına görə, XXVII tura təsadüf edən "Alanyaspor"la səfər matçında qalib müəyyənləşməyib - 1:1.

Start heyətində meydana daxil olan 29 yaşlı əlcək sahibi 90 dəqiqə ərzində qapısından iki top buraxıb. Lakin hakim ikinci qolda oyundankənar vəziyyət qeydə alınıb.

Qeyd edək ki, hazırda "Kayserispor" 57 xalla turnir cədvəlinə liderlik edir.

Son xəbərlər

Orphus sistemi