Kamran Ağayev "Qəbələ"nin Antalyadakı ilk məşqinə qatılmayıb

Kamran Ağayev "Qəbələ"nin Antalyadakı ilk məşqinə qatılmayıb Komandanın hazırlıq prosesində yeni transferlər və zədəsini sağaldan futbolçular da iştirak edib
Futbol
6 Yanvar , 2015 09:19
Kamran Ağayev Qəbələnin Antalyadakı ilk məşqinə qatılmayıb

Bakı. 6 yanvar. REPORT.AZ/ 2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya bölgəsində keçirən "Qəbələ" komandası ilk məşqinə çıxıb. "Report"un məlumatına görə, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqə yeni transferlər Rəşad Sadiqov və Aleksey Qay da qatılıb. 

Hazırlıq prosesində uzun zamandır zədə üzündən yaşıl meydanlardan uzaq düşən Ruslan Əmircanov və Viktor Mendi də iştirak edib. Əvəzində qapıçı Kamran Ağayev xəstəlik səbəbindən məşqə çıxmayıb.  

Qeyd edək ki, "Qəbələ" hazırlıq prosesini gündəlik iki məşqlə davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi